Bazarda çoxlu otel proqramı variantı var — hansının sizin obyektiniz üçün doğru seçim olduğunu necə müəyyənləşdirmək olar?
Otel proqramı seçimi uzunmüddətli qərardır, çünki bütün qonaq və maliyyə məlumatlarınız bu sistemdə saxlanılacaq. Buna görə seçim edərkən yalnız qiymətə deyil, inteqrasiya imkanlarına, dəstək keyfiyyətinə və gələcəkdə genişlənmə potensialına da baxmaq lazımdır.
Diqqət yetirilməli əsas suallar bunlardır: Proqram mövcud kilid və kart sisteminizlə işləyəcəkmi? Kanal menecer inteqrasiyası varmı? Məlumatlarınız nə qədər tez-tez ehtiyat nüsxələnir? Texniki dəstək hansı saatlarda əlçatandır?
Hotelim.az müştərilərinə otel proqramı seçərkən sınaq dövrü təklif edir ki, qərar verməzdən əvvəl real iş prosesində sistemi yoxlaya bilsinlər.
Azərbaycanda hotel və otellər üçün hotel PMS, hotel kilid sistemi və otaq avadanlıqlarını tək əldən təmin edirik — quraşdırmadan texniki dəstəyə qədər.
Qiymət təklifi alOtelinizin prioritetlərinə görə seçim meyarları hazırlanır.
Seçilən proqram real iş mühitində test edilir.
Nəticələrə əsasən son qərar verilir və müqavilə bağlanır.
Proqram tam işə salınır, davamlı dəstək təmin olunur.
Qeydiyyat, otaq statusu, faktura və hesabatları tək ekrandan idarə edən tam funksional hotel proqramı.
Onlayn və birbaşa sifarişləri avtomatik toplayan, otaq təqvimini real vaxtda yeniləyən rezervasiya modulu.
Otaqların təmizlik statusunu (təmiz / çirkli / yoxlanılıb) real vaxtda izləyən heyət idarəetmə modulu.
Reseption əməkdaşları üçün sürətli qeydiyyat, ödəniş və qonaq məlumatı idarəetməsini birləşdirən terminal.
Adətən 7-14 gün ərzində real iş şəraitində sınaq təklif olunur.
Xeyr, məlumat köçürmə prosesi Hotelim.az komandası tərəfindən idarə olunur.
Xeyr, obyektin ölçüsünə uyğun minimal, lakin effektiv paket seçilə bilər.
Sadə interfeysli proqramlarda adaptasiya adətən 1-2 gün çəkir.
Hotel PMS, kilid sistemi və avadanlıqlar üçün pulsuz konsultasiya alın.